2 yanvar 2015 14:15

"Moldovanın flaqmanı İnter, XL, Qarabağ və Neftçidən azca güclüdür"

"Qəbələ"nin sabiq məşqçisi Andrey Martin Azərbaycandakı fəaliyyəti ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- “Qəbələ”dən niyə getdiniz?
- Bütövlükdə, qeyri-adi nəsə baş verməyib. Biz işə yaxşı başladıq. Amma müəyyən səbəblərdən uğura nail ola bilmədik. Söhbət ilk növbədə klubun transfer siyasətindən gedir. Biz çalışdığımız dönəmdəki heyət mükafat uğrunda yarışmağa imkan vermirdi. Əvvəlki baş məşqçi Yuri Syominlə birgə səkkiz aparıcı futbolçu komandanı tərk etmişdi. Ona görə də heyət zəifləmişdi. Komandanın gösdərdiyi son nəticələr nə məşqçiləri, nə də klub rəhbərliyini qane edirdi. Bu səbəbdən də Dorinel istefa verdi. Hazırda işsizik.

- “Qəbələ”dəki yarım illik faəliyyətinizə necə qiymət verirsiniz?
- Qafqaz fərqli bölgədir. Orda biz başa düşdük ki, belə ölkələrdə necə işləmək lazımdır. Yetərincə təcrübə topladıq. Bizdə yalnız müsbət emosiyalar qalıb. Klub rəhbərliyi ilə çox yaxşı ayrıldıq. “Qəbələ”də Azərbaycan futbolunun inkişafı üçün çalışan yaxşı insanlar var.

- Azərbaycanda sizin üçün qeyri-adi görünən nə oldu?
- Azərbaycan müsəlman ölkəsidir. Bizim komandada Allaha inanan, tez-tez məscidə gedən çox futbolçu vardı. Yay təlim-məşq toplanışı zamanı bir çox futbolçu oruc tutur və yemək yemirdilər. Ona görə də iki cür məşq keçirdik.

- Azərbaycan və Moldova futbolu arasında nə kimi fərqlər var?
- Bir vətənpərvər olaraq deyərdim ki, bizim çempionat daha güclüdür. Yeganə fərq maliyydədir. Azərbaycanda “Xəzər Lənkəran”, “Qarabağ”, “İnter”, “Neftçi” və “Qəbələ” kimi sevilən komandalar var. Təəssüf ki, Moldova klublarını maddi vəziyyətinə görə onlarla müqayisə etmək olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.