2 yanvar 2015 14:00
Futbol veteranlarımız millini dəstəkləmək üçün Sankt-Peterburqa gedir
Sabah Sankt-Peterburqda (Rusiya) Valentin Qranatkinin xatirə turnirinə start veriləcək. Azerisport.az xəbər verir ki, bu turnirdə Azərbaycanın yeniyetmə futbolçularından ibarət komandası da çıxış edəcək.
Millimizi dəstəkləmək üçün futbol veteranları İsgəndər Cavadov, Oqtay Abdullayev, Səməd Qurbanov və Şahin Diniyev qonşu ölkəyə yollanacaq.
Qeyd edək ki, yığmamız ilk matçını sabah Yaponiyaya qarşı keçirəcək.
