2 yanvar 2015 13:15
İnter Almaniya, Ukrayna və Türkiyə klubları ilə oynayacaq
Qış fasiləsində Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək Bakı "İnter"i bu gün qardaş ölkəyə yollanacaq. Azerisport.az xəbər verir ki, yanvarın 3-dən etibarən məşqlərə start verəcək "bankirlər" toplanış çərçivəsində 6 yoxlama matçı keçirəcək.
Rəqiblər də artıq məlumdur. "İnter" yanvarın 8-də "İnegölspor" (Türkiyə), yanvarın 13-də "Enerji Kottbus" (Almaniya), yanvarın 14-də "Kayrat" (Qazaxıstan), 17-də "Kasımpaşa" (Türkiyə), 20-də isə "Metallist" (Ukrayna) komandasıyla qarşılaşacaq.
Toplanışda son yoxlama matçının yanvarın 23-də keçirilməsi planlaşdırılır. Həmin rəqib hələlik, bilinmir.
Xatırladaq ki, "İnter" yanvarın 24-də vətənə qayıdacaq. (klub saytı)
