2 yanvar 2015 13:00

Şahin Diniyev: İlin uğursuzu Rauf Əliyev, ən yaxşısı Qara Qarayevdir

Azərbaycan yığmasının sabiq baş məşqçisi, AFFA-nın məşqçilər şurasının üzvü Şahin Diniyev azerisport.az saytı üçün geridə qalan 2014-cü ilin yekunlarından danışıb.

İlin futbol hadisəsi
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə çıxması. Onlar demək olar ki, pley-offa da vəsiqəni təmin etmişdilər. Amma hakim səhvi hər şeyin üstündən xətt çəkdi.

İlin məşqçisi
Mənə elə gəlir ki, ilin məşqçisini müəyyənləşdirmək heç kim üçün çətin olmamalıdır. Qurban Qurbanov.

İlin futbolçusu
Futbolçuların həm yığmadakı, həm də klublarındakı çıxışına baxmaq lazımdır. Mənə elə gəlir ki, ilin ən yaxşı futbolçusu Qara Qarayev oldu. Sabit çıxış etdi və faydalı futbolçu olduğunu göstərdi.

İlin qolu
İlin qolunun müəllifi Muarem Muarem sayılmalıdır. Çünki məhz onun Hollandiya "Tvente"sinin qapısına vurduğu qol "Qarabağ"ı Avroliqanın qrup mərhələsinə daşıdı.

İlin uğursuzu
İlk növbədə ağıla Rauf Əliyev gəlir. Ondan çox şey gözlənilirdi. Belə böyük potensiala malik futbolçu bu cür çıxış etməməli idi.

İlin transferi
Adətən ən uğurlu transferləri "Qarabağ" həyata keçirir. Amma bu il alış-verişsiz keçdi. Reynaldo ilə Riçard Almeyda öncədən alınmışdı. Düzdü, İnnosent Emeqara gəldi. Mənə elə gəlir ki, heç bir komanda uğurlu transfer həyata keçirə bilmədi.

İlin ən uğursuz transferi
"Qəbələ" və "Xəzər Lənkəran"ın transferləri

İlin komandası
"Qarabağ"

İlin hakimi
Bizim yaxşı hakimlərimiz var, amma konkret ad çəkə bilmərəm.

İlin gedişi
Emeqara qısa müddət ərzində oynadı, getdi. Mən isə ilin gedişi kimi "İnter"in baş məşqçisi Kaxaber Sxadadzenin adını çəkərdim. Çünki o, artıq 6-7 il idi burada çalışırdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.