2 yanvar 2015 12:30
Əfran İsmayılov İnterə keçdi
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran"la yollarını ayıran futbolçu bundan sonra paytaxt klubunun şərəfini qoruyacaq.
Belə ki, Əfran "İnter"lə anlaşıb. İsmayılov qarşıdakı yarım il ərzində məhz "bankirlər"in uğurları üçün çalışacaq. Məlumatı futbolçunun özü də saytımıza açıqlamasında təsdiq edib.
