1 yanvar 2015 17:25

Elvin Camalov: Klubum nə qərar versə, o da olacaq

"Qəbələ"nin yarımmüdafiəçisi Elvin Camalovun azerisport.az saytına müsahibəsi

- Roman Qriqorçukun baş məşqçi postuna gətirilməsini necə qarşıladınız? Onunla görüşünüz olub?
- Allah eləsin ki, onunla yeni ildə uğurlar qazana bilək. Bəli, Qriqorçukun komanda ilə tanışlığı olub. Bizim hər birimiz barəsində məlumatı var.

- Düşünmürsünüz ki, klub Dorinel Muntyanu ilə vidalaşmağa tələsdi?
- Futbolda belə hallar olur. Gənc futbolçuyam və məni daha çox öz çıxışım, məşqlər, uğurlarım maraqlandırır. Hansı komandada oynamağımdan asılı olmayaraq, onun ilk pillələrdə olmasını istəyirəm.

- Qriqorçukun sizi bəyəndiyi bildirilir. O, bu barədə sizə nəsə deyib?
- Qriqorçuk təcrübəli məşqçidir, yaxşı komandalarda çalışıb. Əgər məni bəyənibsə, deməli, daha məsuliyyətli olmağım lazımdır. Çalışacağam ki, baş məşqçinin etimadını doğruldum.

- Qurban Qurbanovun sizi "Qarabağ"da görmək istədiyi də bildirilir. Bu barədə nə deyə bilərsiniz?
- Bundan xəbərim yoxdur.

- Bəs özünüz Ağdam klubunda çıxış etmək istərdiniz?
- Mənim bu səviyyəyə çatmağımda, futbolçu kimi yetişməyimdə "Qəbələ"nin xidməti çoxdur. Bunu inkar etmək olmaz. "Qəbəıə" mənim üçün çox doğmadır. Bu üzdən də klubum nə qərar versə, o da olacaq.

- Gənc olsanız da, Yuri Syomin, Dorinel Muntyanu, Sənan Qurbanov kimi məşqçilərlə çalışmaq şansınız olub. Onların hansı ilə çalışmaq daha asan idi?
- Onların hər biri təcrübəli məşqçidir. Hər birinin öz stili, tələbləri vardı. Mən sadəcə, hər baş məşqçinin tələblərini yerinə yetirməyə çalışmışam.

- "Qəbələ"nin oyunlarını millinin baş məşqçisi Robert Prosineçki də izləyirdi. Sizcə, o, sizi diqqət mərkəzində saxlayır?
- Əgər milliyə dəvət etsələr, buna ancaq sevinə bilərəm. Təbii ki, yığmaya da çağırılsam, bu, mənim üçün çox böyük sevincə səbəb olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.