1 yanvar 2015 17:05
Millimiz Yaponiya və Rusiya ilə oyunlarını vaxtını bildi
Azərbaycanın yeniyetmə futbolçulardan ibarət yığmasının Sant-Peterburqda keçiriləcək Valentin Qranatkin turnirində keçirəcəyi oyunların vaxtı açıqlanıb. Azerisport.az xəbər verir ki, millimiz yanvarın 3-də start götürəcək turnirin açılış günündə Yaponiya ilə üz-üzə gələcək.
Həmin oyun saat 15:15-də start götürəcək.
Yığmamızın ikinci oyunu isə yerli Rusiya-2 komandasına qarşı olacaq. Həmin oyun yanvarın 4-də baş tutacaq və saat 16:30-da start götürəcək.
