1 yanvar 2015 16:20

İmamverdiyev: İlk dəfə ölkə xaricində oynadığıma görə ailəmə mənsiz çətindir

Türkiyənin "Elazığspor" klubunun azərbaycanlı yarımmüdafiəçisi Cavid İmamverdiyev komandadan getmək istəməsinin səbəblərindən danışıb. Azerisport.az xəbər verir ki, o, Türkiyə mətbuatına açıqlamasında bunları söyləyib:

"Mən klubumu da, azarkeşlərimizi də çox sevirəm. Amma atamın səhhətinin pisləşməsi səbəbindən vətənimə dönməyə məcburam. Ailəmə mənsiz çox çətindir. Çünki heç vaxt ölkəmdən kənarda oynamamışam. Bu barədə baş məşqçi Ümit Özatla da danışmışam. Ona vəziyyəti izah etmişəm. Onunla heç bir problemim yoxdur. Klub prezidenti qayıdanda onunla vəziyyəti müzakirə edib, gələcək taleyimə aydınlıq gətirəcəyik".

"Elazığspor"un idman direktoru Mehmet Kaplan bəyan edib ki, İmamverdiyevi buraxmaq fikirləri yoxdur: "Cavid hazırda qayıdıb və fərdi məşqlər edir. Biz belə bir futbolçunu buraxmaq istəmirik. Çalışacağıq ki, futbolçunu ailəsini Türkiyəyə gətirməyə razı salaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.