1 yanvar 2015 15:30
Azərbaycan yığması reytinq mövqeyini yanvarın 8-də öyrənəcək
FİFA-nın 2015-ci ildə dünya yığmalarının reytinq siyahısını açıqlayacağı tarixlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, ilin ilk reytinq cədvəli yanvarın 8-də açıqlanacaq.
Digər ayların reytinq cədvəlinin müəyyənləşəcəyi günlər isə bunlardır: 12 fevral, 12 mart, 9 aprel, 7 may, 4 iyun, 9 iyul, 6 avqust, 3 sentyabr, 1 oktyabr, 5 noyabr, 3 dekabr.
