1 yanvar 2015 15:20
Vaqif Cavadov Qaziantep BB-nin məğlubiyyətinə mane ola bilmədi
Türkiyə kubokunda 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri Ufuk Budakla Vaqif Cavadovun çıxış etdiyi "Qaziantep BB" doğma meydanda millimizin digər hücumçusu Cihan Özkaranın forma geydiyi "Sivasspor"u qəbul edib.
Qarşılaşma Super Liqa təmsilçisi olan sivaslıların 2:1 hesablı qələbəsiylə başa çatıb. Ufuk və Cihan matçın iştirak ərizəsində yer almayıb. Cavadov isə 90 dəqiqə oynasa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, "Sivasspor" hazırda 6 xalla qrupda ikinci, "Qaziantep BB" isə 1 xalla sonuncudur.
