31 dekabr 2014 00:25
Yığmamızın üzvləri boulinq oynadılar
Noyabrın 11-dən 30-dək "Megafun"da "Bakcell Boulinq" çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, çempionatda iştirak etmək üçün 4 nəfərdən ibarət komanda yaradılıb, qaliblər isə dəyərli hədiyyələr qazanıblar.
Qalib komanda isə daha bir sürprizlə qarşılaşıb. Qaliblər Azərbaycan milli komandasının oyunçuları Araz Abdullayev, Vüqar Nadirov, Rauf Əliyev və Maksim Medvedevlə birgə boulinq oynayıblar. (AFFA)
