Ruslan Əmircanov: 2014-cü ili həm uğurlu, həm də uğursuz hesab edirəm
"Qəbələ"nin futbolçusu Ruslan Əmircanov geridə qalan illə bağlı xatirələrini və növbəti illə bağlı arzularını dilə gətirib. Azerisport.az sizi həmin açıqlama ilə tanış edir:
"2014-cü ilin özüm üçün həm uğurlu, həm də uğursuz hesab edirəm. Ötən mövsüm “İnter”in heyətində gümüş medalları qazandıq. Amma belimdən aldığım ağır zədə bu sevincə kölgə saldı. Sonra “Qəbələ”yə keçidim baş tutdu. Zədə epidemiyası məni “Qəbələ”də də izlədi. 3 aydır ki, futbol oynayıram. Karyeramda zədədən ilk dəfədir ki, bu qədər əziyyət çəkdim. İnanıram ki, bütün uğursuzluqları 2014-ci ildə qoyacağam. 2015-ci ilin sabit və zədəsiz olmasını arzulayıram. Hazırda komandamız istədiyimiz mövqedə deyil. 2015-ci ildə çalışıb “Qəbələ”ni layiq olduğu yerlərə gətirməliyik". (klub saytı)
