"Hər şey özümdən asılıdır"
"Qəbələ"nin futbolçusu Sadiq Quliyev geridə qalan illə bağlı xatirələrini və növbəti illə bağlı arzularını dilə gətirib. Azerisport.az sizi həmin açıqlama ilə tanış edir:
"2014-cü il bir gənc futbolçu kimi karyeramda qeyri-sabit il oldu. Bəzən əsas, bəzən isə əvəzedici komandanın heyətində yer aldım. Amma itirdiyim bir şey olmadı, hər vəziyyətdən yararlı nəticələr çıxarmağa çalışdım. Xoş hadisələr də az olmadı, komandamızın uğurlarının içində oldum, U-21 millimizə dəvət aldım. Qarşıda məni karyera baxımından çətin və maraqlı günlər gözləyir. Hər şey özümdən asılıdır. “Qəbələ”də hər zaman sağlam rəqabət mühiti olub. Mən də şəraitdən yararlanıb əsas komandada möhkəmlənməyə, “Qəbələ”yə xeyir verməyə çalışacağam. Gələn ilin həm komandamız, həm də mənim üçün uğurlu olmasını diləyirəm".
