Cavid Hüseynov: Bu, karyeramda ən çox qol vurduğum mövsüm idi
"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov geridə qalan illə bağlı xatirələrini və növbəti illə bağlı arzularını dilə gətirib. Azerisport.az sizi həmin açıqlama ilə tanış edir:
"2014-cü il mənim üçün maraqlı hadisələrlə zəngin oldu. 2013-2014-cü illər mövsümündə “Bakı”nın heyətində 6 qol vurdum. Bu, karyeramda ən çox qol vurduğum mövsüm idi. Sonra gözlənilmədən eks-komandamda vəziyyət dəyişdi. Ardından isə ilin mənim üçün ən yaddaqalan hadisələrindən, bəlkə də, ən əsası baş tutdu - “Qəbələ”yə keçidim reallaşdı. Hazırda komandamız istədiyimiz mövqedə qərarlaşmayıb. Amma hər şeyi dəyişmək üçün imkanlarımız var. Bunu da 2015-ci ildə həyata keçirəcəyik. 2015-ci ildən bol uğur gözləyirəm. İnanıram ki, həm klub, həm də milli komanda səviyyəsində özümü yaxşı tərəfdən göstərə biləcəyəm". (klub saytı)
