30 dekabr 2014 13:10
Rəhman Hacıyev Neftçiyə keçməyə yaxındır
Türkiyənin "Qaziantep BB" klubunun sabiq yarımmüdafiəçisi Rəhman Hacıyev "Neftçi"yə keçməyə çox yaxındır. Azerisport.az xəbər verir ki, tərəflər artıq bununla bağlı razılığa gəliblər.
Hazırda sadəcə, "Bakı"nın razılığını almaq qalıb. Çünki Hacıyev müqavilə ilə paytaxt klubuna məxsusdur.
