30 dekabr 2014 12:35
Nurlan Novruzov: Bakıda qalmayacağım dəqiqdir
"Bakı"nın forvardı Nurlan Novruzov paytaxt klubundan gedəcəyini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ konkret heç nə yoxdur. Amma "Bakı"da qalmayacağım dəqiqdir. Hansı kluba keçəcəyim isə dəqiqləşməyib".
Qeyd edək ki, gənc hücumçunun "Neftçi"yə keçidi gündəmdədir: "Bu komandaya böyük simpatiyam var. Amma bu, heç də o demək deyil ki, mütləq "Neftçi"yə keçəcəyəm".
