30 dekabr 2014 11:40

Elbəy Quliyev: Qarabağ və Neftçidə oynamaq maraqlı olardı

Rusiyanın "Ural" klubunun və Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Elbəy Quliyevin azerisport.az saytına müsahibəsi

- Hazırda "Ural"ın ehtiyat komandasında oynayırsız. Baş məşqçi sizə kifayət qədər güvənir?
- Mən hələ 15-16 yaşım olan dövrdən etibarən ehtiyat oyunçulardan ibarət komandada çıxış edirəm. Əvvəllər daha tez-tez qol vururdum. Amma iki həftə əvvəl bizim baş məşqçimiz istefa verdi.

- Yeni baş məşqçiniz kim oldu?
- Onun köməkçisi olmuş Piçuqin.

- Əsas komandaya düşmək şansınız nə dərəcədə yüksəkdir?
- Hələ bilmirəm. Burada gənclərə o qədər də böyük ümid bəslənilmir. Məni hətta çempionatın iştirak ərizəsinə də salmayıblar. Ona görə də bu sualınıza cavab vermək mənim üçün çətindir.

- Əsas komandanın baş məşqçisi Aleksandr Tarxanovla tanışsınız?
- Bəli, onunla söhbətimiz də olub. Amma bu, mənimlə maraqlanmağa qədər irəliləməyib.

- Biz sizi Premyer Liqada görə bilməyəcəyik?
- Bilmirəm. Tarxanovun gəlişindən sonra əsas komandada çox az məşq şansı qazanıram. Vasilenkonun dövründə isə hər şey fərqli idi.

- Yəni öz gələcəyinizi "Ural"da görmürsünüz?
- Bu suala cavab vermək çətindir. Zaman göstərəcək. Hələ ki, mənə şans vermirlər.

- "Ural"ın hücumçusu Edqar Manuçaryanla münasibətləriniz necədir?
- Normal. Bir-birimizlə tanışıq. Salamlaşırıq. Hərdən futbolla bağlı nələrisə müzakirə edirik, vəssalam.

- Azərbaycan yığmasını seçməyinizə nə səbəb oldu?
- Bir il əvvəl şayiələr dolaşırdı ki, məni Rusiyanın gənclərdən ibarət yığmasına çağıracaqlar. Amma AFFA-dan özləri zəng etdilər. Bir il sonra isə artıq mən artıq gənclərdən ibarət yığmada idim. Buna görə də təəssüflənmirəm.

- Amma millinin son oyununda yox idiniz?
- Mənə heç kim zəng etməmişdi. Bernard Lippert yaxşı məşqçidir. Amma hələ də başa düşə bilmirəm ki, onun komandası hansı futbolu oynayırdı. O, sadəcə sürətə və texnikaya üstünlük verirdi.

- Artıq o, komandadan göndərilib. Təsadüfən Azərbaycan klublarından təklif almamısınız?
- Xeyr. Amma mənə "Qarabağ" və "Neftçi"də oynamaq maraqlı olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.