30 dekabr 2014 00:05
Branimir Subaşiç istirahət etməyəcək
Türkiyənin "Manisaspor" klubu bayram günlərində istirahətə buraxılmayacaq. Azerisport.az xəbər verir ki, bu üzdən Azərbacyan yığmasının sabiq forvardı Branimir Subaşiçin də istirahət imkanı olmayacaq.
Manisalılar PTT 1-ci Liqanın 15-ci turu çərçivəsində keçirilmiş "Altınordu"ya qarşı oyundan (0:1) sonra bir gün sonra, yəni bu gün Türkiyə Kubokunun qrup mərhələsi çərçivəsində "Trabzonspor"la oyunun hazırlığına başlayacaq.
Qeyd edək ki, "Manisaspor" Subaşiçin oynamadığı ilk oyunda trabzonlulara 0:9 hesabıyla uduzmuşdu.
