29 dekabr 2014 18:30
AZAL bu qış Bakıda hazırlıq keçəcək
AZAL-ın qış hazırlıq planı müəyyənləşib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər" hazırlıq prosesinə yanvarın 6-da start verəcəklər.
Komanda Bakıda ayın 25-dək təlim-məşq toplanışında olacaq. Bu müddət ərzində Tərlan Əhmədov komandasını 4 yoxlama oyununda sınaqdan keçirəcək. Bu oyunlardan ikisi "Sumqayıt"a qarşı keçiriləcək. Bir oyun "Rəvan"la, daha bir görüş də "Bakı" ilə olaaq.
Paytaxt təmsilçisinin bir günlük Tiflisə yollanıb, orada yerli komandalardan biri ilə yoxlama oyunu keçirməsi də istisna deyil.
