29 dekabr 2014 14:20
Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə imzalandı
"Sumqayıt" müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə yeni müqaviləyə imza atıb. Azerisport.az xəbər verir ki, 2014/2015 mövsümünün yekununda müqaviləsi bitəcək olan əslən sumqayıtlı futbolçu ilə daha 1 illik razılaşma imzalanıb.
Qeyd edək ki, Bəxtiyar arxada qalan 16 turun 15-də çıxış edib. O, 15 qarşılaşmada ümumilikdə 1021 dəqiqə meydanda olub. (klub saytı)
