29 dekabr 2014 14:05
Sumqayıt Tərlan Əhmədlini Zirəyə icarəyə verdi
"Sumqayıt"ın və 21 yaşadək Azərbaycan millisinin qapıçısı Tərlan Əhmədli "Zirə"də çıxış edəcək. Azerisport.az xəbər verir ki, 1994-cü il təvəllüdlü qolkiper mövsümün sonuna qədər adıçəkilən kluba icarəyə verilib.
Qeyd edək ki, Tərlan cari mövsümdə "Sumqayıt"ın əvəzedici komandasında 13 oyunda meydana çıxıb. (klub saytı)
