29 dekabr 2014 13:55
Sumqayıt yanvarın 5-də yığışacaq
"Sumqayıt"ın Topaz Premyer Liqasınını 2014/2015 mövsümü üçün qış hazırlıq planı bəlli olub. Azerisport.az xəbər verir ki, komanda 3 və 4-cü dövrənin hazırlıq mərhələsini ölkə daxilində keçirəcək.
"Sumqayıt" yanvarın 5-də bir araya gələcək. Aqil Məmmədovun yetirmələri yanvarın 11-dən başlayaraq Sumqayıtda təlim-məşq toplanışına yığışacaq. Komanda yanvarın 14, 17, 20 və 23-də yoxlama oyunları keçirəcək. Rəqiblərin kimliyinə aydınlıq gəlməyib.
