29 dekabr 2014 11:45

Fuad Əsədov: Ögey ana filminin süjeti bizim ailədən götürülüb

Dekabrın 31-də AFFA-nın sabiq baş katibi Fuad Əsədov 75 illiyini qeyd edəcək. Azerisport.az saytına müsahibəsində o, yubileyi öncəsi bir sıra mətləblərə toxunub:

- Sizi təbrik edirik!
- Sağ olun!

- Öncə sizin həyatda ilk addımlarınızı atdığınız günlərə qayıdaq...
- 1939-cu ilin 31 dekabrında Tovuzda anadan olmuşam. Orada böyümüşəm, təhsil almışam. Çoxlu çətinliklər görmüşəm. Çünki müharibə illərinin də şahidi olmuşam. İki yaşımdan məni nənəmlə babam saxlayıb. Amma ögey anamdan narazı olmamışam. O, mənə həmişə yaxşı davranıb.

- "Ögey ana" filmi üçün süjet necə hazırlanıb?
- Bizim ailə həyatımızdan. Mənim nənəm Xanım xan nəslindən idi. İsgəndərxan Muradovun qızı idi. Çox şən qadın idi. Atam Nəcibə xanımla ailə quran kimi, onların münasibətləri kəsildi. Adil İsgəndərov isə atamın yaxın dostu idi. Tez-tez bizə gələrdi. Bir dəfə o, bizdə olanda dedi ki, belə bir film çəkmək  yaxşı olardı. Həmin film çəkildi, amma o, özü çəkmədi. Çünki Adil İsgəndərov artıq həmin vaxt kinostudiyanın direktoru idi. Amma filmin ssenarisi bizim ailədən idi.

- Niyə sizi həmin filmə çəkməyiblər?
- Mənim həmin vaxt 18-19 yaşım var idi, film üçün isə daha cavan birinə ehtiyac var idi.

- Həmin film sizə necə təsir etdi?
- O zaman sovet ittifaqının hər yerindən bizə məktub yazırdılar. Mən də onlara cavab verirdim. Amma hamısını cavablandırmaq çətin idi. Çünki əksəriyyəti ögey analardan şikayətlərlə dolu olurdu.

- Bəs futbola gəlişiniz necə oldu?
- Mən özümü təsəvvür edəndən futbol oynayırdım. Əldə qayrılma toplarla torpağın üzərində futbol oynayırdıq. Ayaqlarımız dəhşət ağrıyırdı, gecələr yatmaq mümkün olmurdu. Amma səhər yenə oynayırdıq (gülür).

- 1957-ci ildə Azərbaycanın 33 ən yaxşı futbolçusundan biri olmusunuz...
- 1956-cı ildə Tovuzun "Spartak" klubuna çağırıldım. Həmin vaxt ilk Sovet Spartakiadası keçirilirdi. Finalda biz Zaqatala təmsilçisini 1:0 hesabıyla məğlub etdik. 1957-ci ildə isə Azərbaycan Kubokunu qazandıq. Həmin vaxt ilk dəfə idi ki, ölkə kubokunu Bakı təmsilçisi yox, digər region komandası qazanırdı. Bizdən mənimlə yanaşı həmin 33 futbolçu arasına daha iki futbolçu düşmüşdü - Nirəddin Qasımovla Vəli Əliyev.

- Bəs niyə futbolçu karyeranızı davam etdirmədiniz?
- 1958-ci ildə Bakıya institut oxumağa gəldim. Bir neçə gün sonra qapımız döyüldü və açanda Rauf Adıgözəlovla Adil Babayevi gördüm. Soruşdular ki, "Fuad sənsən"? Təsdiqlədim. Bildirdilər ki, onları "Dinamo"ya rəhbər təyin ediblər. İnstitut dönəmində də Fuad Musayevlə, Telman Budaqovla, Tofiq Fətullayevlə birgə futbol oynayırdıq. Onların əksəri sonradan "Neftçi"də də çıxış etdi. Amma mənə qohumlarım futbol oynamağı qadağan etdi.

- Ona görə futbol oynamaqla vidalaşdınız?
- Xeyr, həvəskar səviyyədə sonralar da oynayırdım.

- Bəs indi?
- İndi də həftədə bir dəfə oynayıram.

- Futbol rəhbərliyinə gəlişiniz necə olub?
- Bu, 1999-cu ilin 25 dekabr tarixində baş tutdu. O vaxt rəhmətlik Fətulla Hüseynov AFFA-nın vitse-prezidenti idi. O, mənə zəng etdi və ölkədə futbolun vəziyyətinə həsr olunmuş foruma dəvət etdi. Mən həmin forumda çıxış etdim. Ondan sonra isə Fuad Musayevdən dəvət aldım. Birgə təhsil almışdıq, futbol oynamışdıq. O dövrdə artıq təqaüdə çıxmışdım. 2001-ci ildə AFFA-nın vitse-prezidenti seçildim. Maaş almırdım. Prezident seçkiləri keçiriləndən, Ramiz Mirzəyev seçiləndən sonra mənə baş katib postunu təklif etdilər. Dedilər ki, bu posta adam tapana kimi, bir illik işləyim. Amma həmin bir il dörd il çəkdi.

- Uşaqlarınız...
- Böyüyün 42, kiçiyin 40 yaşı var. Hələ də mənə "siz" deyə müraciət edirlər. Ailə atmosferi onlara da təsir edib. Biri indi İsveçrədə yaşayır, o, diplomatdır. Digəri isə biznesmendir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.