29 dekabr 2014 11:05
Sivasspor Özkarasız xal itirdi
Futbol üzrə Türkiyə Super Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin forvardı Cihan Özkaranın komandası "Sivasspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Kasımpaşa" ilə qarşılaşıb. Oyun qolsuz başa çatıb. Yeni baş məşqçi Sərgən Yalçın Cihanın adını matçın iştirak ərizəsinə də daxil etməyib.
Qeyd edək ki, "Sivasspor" hazırda 11 xalla 17-ci pillədə qərarlaşıb.
