29 dekabr 2014 01:30

Matiya Şpiçiç: Qarabağla yanaşı, Neftçini də unutmamaq lazımdır

"İnter"in müdafiəçisi Matiya Şpiçiçin azerisport.az saytına müsahibəsi

- 2014-cü ili "İnter" üçün necə qiymətləndirə bilərsiniz?
- Mənə elə gəlir ki, il bizim üçün uğurlu oldu. Biz çempionatda yaxşı oynadıq. Avrokuboklarda azca bəxtimiz gətirmədi. Halbuki, daha artığına ümid edirdik. İli çempionatın ikincisi kimi başa vururuq. Hər şey normaldır.

- Amma eyni sözləri sizin haqda söyləmək olmaz...
- Bəli, bu il zədə problemlərim çox oldu. Çempionatın ortasında zədələndim, iki ay oynaya bilmədim. Ümid edirəm ki, gələn il mənim üçün daha faydalı olacaq.

- Siz zədələndikdən sonra müdafiənin solunda Arif Daşdəmirov, sağında isə Mirzəbəyov oynamaq şansı qazandı. Zədədən sonra heyətə dönmək çətin olmayacaq?
- Hər iki futbolçu yaxşı çıxış edir. Onlar öz şanslarından gözəl yararlandılar. Amma mən yenidən əsas heyətə dönəcəyimə ümidliyəm.

- Sizin bu qış "İnter"dən gedəcəyiniz doğrudur?
- Xeyr, bu, belə deyil. Mən komandada qalacağam. Belə söhbətlərin haradan meydana çıxdığını anlamıram.

- Başqa klublardan daha sərfəli təkliflər yoxdur?
- Bu barədə çox danışmaq istəmirəm. Çünki belə işlərlə menecerim məşğul olur. Mətbuatı da xüsusi olaraq izləmirəm.

- "İnter"in "Qarabağ"la mübarizədə çempion olması mümkündür?
- "Qarabağ" hazırda çox güclüdür. Hətta ötənilkindən də güclüdürlər. Əlbəttə, biz də çempion olmaq istəyirik. Bu, bizim hədəfimizdir. Amma "Qarabağ"la yanaşı, "Neftçi"ni də unutmamaq lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.