29 dekabr 2014 00:15
Arif Əsədov Matias Kampos xəbərlərinə münasibət bildirdi
"Neftçi"nin baş məşqçisi Arif Əsədov İspaniya mətbuatının Matias Kamposun "ağ-qaralar"a keçəcəyi barədə xəbərinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər gün kimsə bizim hansısa oyunçu ilə maraqlandığımızı, müqavilə imzalamaq istədiyimizi yazır. Əgər biz kimləsə müqavilə imzalasaq, bu barədə rəsmi saytımız vasitəsilə məlumat verəcəyik".
