29 dekabr 2014 00:10
Mahir Şükürov fərqləndi, komandası heç-heçə etdi
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun komandası "Karşıyaka" səfərdə "Boluspor" ilə qarşılaşıb.
Oyun qolsuz başa çatıb. Mahir meydana start heyətdə çıxıb və 90 dəqiqə oynayıb. O, 74-cü dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, "Karşıyaka" hazırda 22 xalla 6-cı yerdə qərarlaşıb.
