28 dekabr 2014 17:50
Ayaz Mehdiyev yenə oynamadı
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası "Girəssunspor" doğma meydanda "Orduspor"la qarşılaşıb.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ayaz bu matçın da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Girəsunspor" hazırda 20 xalla 8-ci yerdə qərarlaşıb.
