28 dekabr 2014 17:35
Cavadov 55, Budak 90
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası "Dənizlispor" doğma meydanda yığmamızın üzvləri - Ufuk Budak və Vaqif Cavadovlu "Qaziantep BB" ilə qarşılaşıb.
Oyun qolsuz bərabərliklə başa çatıb. Railin adı məlum səbəblərdən matçın iştirak ərizəsində yer almayıb. Ufukla Vaqif isə ilk dəqiqələrdən meydanda olub. 90 dəqiqə meydanda olan Budak 48-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb. Cavadov isə 55-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Dənizlispor" 17 xalla 12-ci, "Qaziantep BB" isə 19 xalla 10-cu yerdə qərarlaşıb.
