28 dekabr 2014 13:05
Elvin Camalov Qarabağa keçir?
"Qəbələ"nin yarımmüdafiəçisi Elvin Camalov karyerasını "Qarabağ"da davam etdirə bilər. Azerisport.az saytına açıqlamasında o, bu keçidlə bağlı fikirlərini açıqlayıb:
"Təbii ki, bu səviyyəyə çatdığıma görə "Qəbələ"yə minnətdaram. Bu, faktdır. Bu, mənim üçün doğma klubdur, bundan sonra da elə olacaq. "Qarabağ" da Azərbaycanın ən məşhur klublarından biridir, Avropada özünü yaxşı tərəfdən göstərməyi bacarıb".
