28 dekabr 2014 12:55

Ansi Aqolli: Bəxtim gətirib ki, Qarabağ kimi komandaya gəlmişəm

"Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi

- "Qarabağ" qış fasiləsinə çempion kimi yollandı. Geridə qalan ili necə qiymətləndirə bilərsiniz?
- Fikrimcə, 2014-cü il bizim üçün yaxşı alındı. Bizim uğurlarımız da bundan bəhs edir. Çempion olduq, Çempionlar Liqasında özümüzü yaxşı tərəfdən göstərdik, ardından Avropa Liqasının qrup mərhələsində çıxış etdik. Hazırda da çempionatda liderik.

- Bu il sizin üçün ən çətin oyun hansı oldu?
- Müasir futbolda asan oyun ümumiyyətlə yoxdur. Əvvəllər hansısa oyundan öncə bir komandanın qalib gələcəyini asanlıqla müəyyənləşdirmək mümkün idisə, indi elə deyil. Çünki hamı inkişaf edir. Ən ağır oyunlarımızdan biri Hollandiya "Tvente"sinə qarşı oldu. Həm çətin, həm də ağır oyun oldu. Bizə səfərdə sərfəli nəticə qazanmaq lazım idi və buna da nail olub, qrup mərhələsinə vəsiqəni təmin etdik.

- UEFA fevralın 5-də Milan "İnter"i ilə oyununuz barədə yekun qərarını açıqlayacaq. Sizcə, komandanız 1/16 finalda oynaya biləcək?
- Nə deyəcəyimi bilmirəm. Çünki hansı qərarın çıxarılacağından məlumatım yoxdur. Biz sadəcə, müsbət qərara ümid edə bilərik. Amma fikrimcə, UEFA-nın qələbəni bizə verəcəyini düşünmək mənasızdır.

- İnnosent Emeqara komandanı tərk etdi, Reynaldo isə hələ də zədəlidir. Düşünmürsünüz ki, bu, sizə problem yarada bilər?
- Emeqaranın gedişi ilə bağlı heç nə deyə bilmərəm. Çünki onun durumundan tam xəbərim yoxdur. Reynaldoya gəlincə, o, zədəsini sağaltmaqla məşğuldur. Ümid edirəm ki, mövsümün qalan hissəsində o, komandamıza kömək edə biləcək. Böyük ehtimalla Reynaldo Antalya toplanışı zamanı bizimlə birgə olacaq. Bu, yaxşı məqamdır.

- Düşünmürsünüz ki, sizə yeni hücumçu lazımdır?
- Bu barədə heç nə deyə bilmərəm. Belə qərarları komandanın baş məşqçisi Qurban Qurbanov verə bilər.

- Sizə başqa klublardan təklif gəlməyib?
- Mənim "Qarabağ"la müqaviləm var. İndi bütün diqqətim komandamın oyunlarına yönəlib. Digər klublar barədə düşünmürəm. "Qarabağ" mənim üçün doğma komandadır. Bəxtim gətirib ki, belə bir komandaya gəlmişəm. Həmişə "Qarabağ"a kömək etmək istəmişəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.