28 dekabr 2014 11:00
Oğuz Çətin: Azərbaycandakı karyeramla bağlı xoş xatirələrim qalıb
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətin özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis bundan sonra "TRT Spor" kanalında çalışacaq.
Oğuz Çətin bu münasibətlə fikirlərini də açıqlayıb: "Bu təklif mənə hələ Azərbaycanda çalışarkən gəlmişdi. Azərbaycanda bir il keçirdim. Öncə "Xəzər Lənkəran"da Mustafa Dənizlinin köməkçisi kimi çalışdım. Sonra isə tək çalışmağa başladım. Qiymətli insanlarla çalışdım. Mais Mənsimovla Tuyqun Nadirovun sayəsində komandanı hazırlaşdırdıq. Amma sonradan mövsüm üçün hədəflər dəyişdi və mən getməli oldum. Amma mənim Azərbaycandakı fəaliyyətimlə bağlı çox xoş xatirələrim qalıb".
