28 dekabr 2014 00:50
Bakının sabiq yarımmüdafiəçisi: Azərbaycan klubundakı çıxışım yaxşı təcrübə oldu
"Bakı"nın sabiq yarımmüdafiəçisi Cefferson Anqulo 2010-cu ildə çıxış etdiyi bu komandadakı günlərini xatırlayıb. Azerisport.az xəbər verir ki, kolumbiyalı futbolçu Qvatemala mətbuatına açıqlamasında bunları söyləyib:
"Bu, yaxşı təcrübə idi. Çünki "Bakı"da çıxış etməklə Avropaya yolum açıldı. Biz o vaxt Avropa Liqasının təsnifat mərhələsində oynayırdıq. Bu, mənim futbolçu kimi daha da formalaşmağımda yardımçı oldu".
