27 dekabr 2014 20:00
Emil Balayev Ayntraxta nə vaxt qoşulacaq?
Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Emil Balayevin yeni komandasına nə vaxt qoşulacağı bəlli olub. Azerisport.az xəbər verir ki, o, Frankfurta yanvarın 3-də yola düşəcək.
Qeyd edək ki, "Neftçi"nin sabiq qapıçısı Almaniya klubu ilə artıq müqavilə imzalayıb. O, bu dəfə komandanın qış təlim-məşq toplanışında iştirak etmək üçün Almaniyaya gedəcək.
