27 dekabr 2014 19:30
Neftçinin forvardı Türkiyə və Rusiyadan təklif alıb
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov karyerasını ölkə xaricində davam etdirə bilər. Azerisport.az xəbər verir ki, millimizin də şərəfini qoruyan futbolçuya təklif var.
23 yaşlı forvardın Türkiyə və Rusiyadan təkliflər aldığı bildirilir. Amma Qurbanovun "Neftçi" ilə müqaviləsi var və onun komandadan buraxılıb-buraxılmayacağı maraqla gözlənilir.
