27 dekabr 2014 19:00
İmamverdiyevin komandası Kayserispora uduzdu
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası - "Elazığspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Kayserispor"la qarşılaşıb. Oyun Cavidin komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. İmamverdiyevin adı bu matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Elazığspor" hazırda 22 xalla 6-cı yerdə gedir.
