27 dekabr 2014 13:20
Əfran İsmayılov: Buradakı şərtlər məni qane etməsə, Türkiyəyə gedəcəyəm
"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Əfran İsmayılov gələcək planlarından söhbət açıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxın günlərdə yeni iş yerimi müəyyənləşdirəcəyəm. Variantlar var. Hər şey məni qane etsə, müqavilə bağlayacağam. Əgər buradakı müqavilə şərtləri məni qane etməsə, Türkiyəyə gedəcəyəm".
