27 dekabr 2014 12:30
Xəzər Lənkərandan ayrılan futbolçu Makedoniyada özünə klub tapdı
"Xəzər Lənkəran"dan ayrılan makedoniyalı futbolçu Deyan Blajevski özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, 29 yaşlı xavbek ölkəsinin "Vardar" klubu ilə anlaşıb.
Qeyd edək ki, Blajevskinin "Xəzər Lənkəran"ın FİFA-ya şikayət etməsi gözlənilir. Buna səbəb cənub klubunun ona 20 min dollar borcunun olmasıdır.
