27 dekabr 2014 12:00
Xəzər Lənkəranın oyunçusu Ludoqoretslə danışıq aparır
"Xəzər Lənkəran"ın düşərgəsini icazəsiz tərk edərək vətəni Bolqarıstana qaçan Qalin İvanov karyerasını elə ölkəsində davam etdirəcək. Azerisport.az xəbər verir ki, o, hazırda "Ludoqorets"lə danışıqlar aparır.
Yaxın günlərdə tərəflərin müqavilə bağlaması gözlənilir.
Qeyd edək ki, bu transfer baş tutmaya da bilər. Çünki XL bu futbolçudan FİFA-ya şikayət etməyə hazırlaşır.
