27 dekabr 2014 11:45

Elnur Allahverdiyev: Rauf, Nurlan, Cavid və Rəhmanın Neftçiyə transferinə çox sevinərəm

"Neftçi"nin müdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi

- İli o qədər də yaxşı başa vurmadınız. Əhval-ruhiyyəniz necədir?
- İli bu şəkildə başa vurmaq çox üzücüdür. Hamı oynadı, mən isə kənarda durmalı oldum. Heç kimdən də dəstək görmədim. Mənə qarşı çox soyuq davrandılar. Halbuki, mən heç nəyi qəsdən etməmişdim. Hamı bilir ki, mən meydanda olanda hər şeyi ürəkdən edirəm.

- Daha iki oyunluq cəzanız qalıb. Hesab etmirsiniz ki, vəziyyəti dramatikləşdirməyə ehtiyac yoxdur?
- Məni "Neftçi"yə kömək etmək üçün dəvət etmişdilər. Amma indi oturmuşam kənardan baxıram. Bu, məni çox məyus edir.

- Siz sanki Kamran Ağayevlə yarışa çıxmısız, hansımız daha çox diskvalifikasiya alacağıq...
- (gülür) Hərdən özüm də oturub düşünürəm ki, görəsən niyə məndə hər şey belə alınır. Bəzi epizodlarda soyyuqanlı olmağım lazımdır. Amma bacarmıram.

- Keçmiş klubunuz "Xəzər Lənkəran"da böyük islahatlar həyata keçirildi. Bunu necə qarşıladınız?
- XL həmişə iddialı klub olub. Komanda az uğur qazanmayıb. Təəssüf ki, yaxın gələcəkdə o dərəcədə iddialı ola bilməyəcəklər. Mövsümün ortasında özünə klub axtarmalı olan futbolçulara yazığım gəlir. Yığmamızın üzvlərinə çətin olacaq. Amma bunun müsbət tərəfi də var. XL-də olan gənc futbolçular əsas komandada oynamaq şansı qazanacaqlar.

- Əgər şayiələrə inansaq, Rauf Əliyev, Nurlan Novruzov, Rəhman Hacıyev və Cavid İmamverdiyev yeni komanda yoldaşlarınız olacaq...
- Buna ancaq sevinərəm. Fikrimcə, belə futbolçuların bizə ancaq köməyi dəyər. Mən istərdim ki, "Neftçi"də ancaq yerli futbolçular çıxış etsinlər.

- Rauf Ernest Nfor və ya Nikolas Kanalesdən daha faydalı ola biləcək?
- Əminəm ki, Rauf öz sözünü deyə biləcək. Onun XL-də işləri o qədər də yaxşı alınmadı. Amma "Neftçi" onun perspektivini üzə çıxara biləcək komandadır.

- Yığmamızın baş məşqçisi Robert Prosineçkinin millidə gəncləşdirmə siyasəti aparmaq istəməsinə münasibətiniz necədir?
- Hər bir məşqçinin öz iş metodu olur. Mən gənc futbolçu deyiləm, amma çağırılsam, həmişəki kimi, yığma üçün əlimdən gələni edəcəyəm. Gəncləşdirmə siyasəti aparan komandanın dərhal uğur qazanması mümkünsüzdür. Bunu mərhələlərlə həyata keçirmək lazımdır. Amma layiqli gənclər varsa, qoy çağırılsınlar. Bu, yığmamız üçün yalnız müsbət haldır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.