27 dekabr 2014 00:25
Simurqla Qəbələ Qarabağın müdafiəçisi ilə maraqlanır
"Qarabağ"ın müdafiəçisi Şəhriyar Əliyev Ağdam klubu ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, buna səbəb "Bakı"nın sabiq futbolçusunun indiki klubunda heyətə düşə bilməməsidir.
22 yaşlı futbolçu ilə iki yerli klub yaxından maraqlanır. Bunlar "Qəbələ" və "Simurq"dur. Amma futbolçunun özünün hansı qərarı qəbul edəcəyi bəlli deyil.
