26 dekabr 2014 20:05
Qriqorçuk Çernomoretsin hansı oyunçularını Qəbələyə gətirir?
"Qəbələ" Odessa "Çernomorets"inin iki sabiq futbolçusu ilə güclənə bilər. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Roman Qriqorçuk sabiq yetirmələrindən 31 yaşlı qapıçı Dmitri Bezotosnı ilə 28 yaşlı yarımmüdafiəçi Kiril Kovalçuku ölkəmizə gətirməkdə maraqlıdır.
Qeyd edək ki, bundan əvvəlki xəbərlərdə Ukrayna mətbuatı "Çernomorets"in daha çox üzvünün "Qəbələ"yə keçəcəyi bildirilirdi.
