26 dekabr 2014 18:00
AFFA-dan Abdullayevə təbrik
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov futbol veteranı Hacıbala Abdullayevlə görüşüb. Azerisport.az xəbər verir ki, baş katib veteran futbolçunu anadan olmasının 60 illik yubileyi ilə əlaqədar AFFA rəhbərliyi adından təbrik edib, xoş arzularını çatdırıb. Yubilyar AFFA-nın diplomu ilə təltif olunub. (AFFA)
