26 dekabr 2014 17:20
Neftçi üç legionerini yola sala bilər
"Neftçi" üç legioneri ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, paytaxt klubunun sıralarını tərk etməyə əsas namizədlər Nikolas Kanales, Ernest Nfor və Kauedir.
Onlardan ilk ikisi özünü mövsümün geridə qalan dönəmində yaxşı tərəfdən göstərə bilməməsinə görə məşqçilər korpusu tərəfindən göndərilir. Kaue isə karyerasını Azərbaycanda ox, başqa ölkədə davam etdirmək istəyir.
Qeyd edək ki, bu üç futbolçunun gedişi həm də bakılıların həyata keçirəcəyi transferlərdən asılıdır. "Ağ-qaralar" yerli transfer bazarında istədikləri oyunçuları ala bilsə, sözügedən legionerlərin də qalmasına heç bir ehtiyac qalmayacaq.
