26 dekabr 2014 17:05
Zaur Axundov yenidən AFF-in prezidenti seçildi
Bu gün Azərbaycan Futzal Federasiyasına yeni prezident seçikisi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə həmçinin İcraiyyə Komitəsinə yeni üzvlər qəbul olunub.
Zaur Axundov yenidən Futzal Federasiyasının prezidenti seçilib. İK üzvlüyünə isə federasiyanın baş katibi Mahmud Sadıqov, "Araz"ın prezidenti Ramin Axundov, "Neftçi" İSM-in direktoru Ruslan Hüseynov, həmçinin "Fənər"in prezidenti Elçin Quliyev daxil olunub.
