26 dekabr 2014 16:50
Amit Quluzadə: Atletikodakı taleyimə tezliklə aydınlıq gələcək
Azərbaycanlı futbolçu Amit Quluzadə Portuqaliyanın "Atletiko" klubundan ayrılacağı barədə xəbərlər münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə bir neçə təklif olunub. Hazırda onlar barədə düşünürəm. Portuqaliya "Braqa"sı ilə Rumıniya "Otselul"u mənimlə əvvəllər maraqlanırdı. Amma mən o zaman "Atletiko"nu seçdim. Hazırda karyeramı bu komandada davam etdirəcəyimi dəqiq bilmirəm. Tezliklə hər şeyə aydınlıq gələcək".
