26 dekabr 2014 16:30

Sumqayıtın fərqlənənləri bəlli oldu

Topaz Premyer Liqasında 2014/2015 mövsümündə 18 tur arxada qalıb. Azerisport.az xəbər verir ki, arxada qalan 2 dövrə ərzində "Sumqayıt"da yer alan futbolçuların şəxsi statistikasını nəzərinizə çatdırmışdıq. Bu dəfə vurulan, buraxılan qollar, vərəqələr və azarkeşlərlə bağlı bəzi məqamlara toxunacağıq.

"Sumqayıt" 2014/15 mövsümünün ilk iki dövrəsində 16 qol (I tur +3 "Qarabağ") vurub və qapısından 27 top buraxıb. Arxada qalan 18 turda komandanın ən sərrast futbolçusu Məhəmməd Qurbanovdur. 22 yaşlı forvard 7 qolla klubdaxili siyahıya başçılıq edir. Nəzərinizə çatdıraq ki, Məhəmməd 2 qolu penaltidən aktivinə yazıb. Həmçinin, adıçəkilən futbolçu Premyer Liqanın bombardirlər siyahısında Nurlan Novruzov (Bakı) və Mikel Alvarodan (İnter) sonra siyahıda 3-cü pillədə qərarlaşıb.

Yarımmüdafiəçi Orxan Əliyev isə 4 qolla "Sumqayıt"ın ikinci ən sərrast futbolçusudur. Kiyan Sultanpur və Tofiq Mikayılovun aktivində isə 2 qol var. Bir qol isə Ramazan Abbasov tərəfindən qeydə alınıb.

"Sumqayıt" arxada qalan 2 dövrə ərzində qapısından 27 top buraxıb. Andrey Popoviç qapısında 15, Şahruddin Məhəmmədəliyev isə 12 top görüb.

"Sumqayıt"ın futbolçuları 2 dövrə ərzində yalnız bir görüşdə qırmızı vərəqə ilə cəzalandırılıb (Vurğun Hüseynov).

Arxada qalan turlar ərzində komandanın heyətində ən çox sarı vərəqə alan futbolçu isə Aleksandr Çertoqanovdur. O, 6 görüşdə hakimlər tərəfindən bu cəzaya məruz qalıb. Müdafiəçi Bəxtiyar Həsənalızadə isə 5 dəfə sarı vərəqə ilə cəzalandırılıb.

"Sumqayıt" arxada qalan 18 turun 9-da rəqiblərini doğma meydanda qəbul edib. Komandanın "Kapital Bank Arena"da keçirdiyi görüşləri 11780 tamaşaçı izləyib.

Vurulan qollar: Məhəmməd Qurbanov 7 (2), Orxan Əliyev - 4. Kiyan Sultanpur - 2. Tofiq Mikayılov (2), Ramazan Abbasov.

Buraxılan qollar: Andrey Popoviç - 15, Şahruddin Məhəmmədəliyev - 12.

Sarı vərəqələr: Aleksandr Çertoqanov (6), Bəxtiyar Həsənalızadə (5), Tagim Novruzov (4), Orxan Əliyev - 4, Nodar Məmmədov (4), Vurğun Hüseynov (3), Tərzin Cahangirov (3), Məhəmməd Qurbanov (2), Şahruddin Məhəmmədəliyev (2), Slavik Alxasov (2), Ramazan Abbasov, Ruslan Poladov, Tofiq Mikayılov, Budaq Nəsirov, Təvəkkül Məmmədov.

Qırmızı vərəqə: Vurğun Hüseynov.

"Kapital Bank Arena" azarkeş sayı: 9 tur ərzində (11780 nəfər tamaşaçı) (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.