26 dekabr 2014 15:45
Amit Quluzadə Rumıniya çempionatında çıxış edə bilər
Azərbaycanlı futbolçu Amit Quluzadə Portuqaliyanın "Atletiko" klubu ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, buna səbəb onun son dövrlər Lissabon klubunun heyətində az-az görünməsi və digər klublardan aldığı təkliflərdir.
22 yaşlı xavbeklə Rumıniyanın "Otselul" klubunun maraqlandığı bildirilir. Həmçinin Portuqaliyanın "Braqa" komandası da futbolçumuzun xidmətində maraqlıdır. Amma Amit hələ "Atletiko"dan ayrılmağa tələsmir.
Qeyd edək ki, Quluzadə "Atletiko"ya bu mövsümün əvvəlində keçmişdi.
