26 dekabr 2014 14:00
Neftçi Rusiya, Ukrayna, Çin və İran klublarına qarşı
"Neftçi"nin Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı barədə məlumat vermişdik. Azerisport.az xəbər verir ki, yanvar 11-dən başlayacaq 14 günlük hazırlıq prosesi çərçivəsində "ağ-qaralar"ın keçirəcəyi yoxlama oyunlarının təqvimi məlum olub.
Qeyd edək ki, bütün yoxlama görüşləri "Mardan İdman Kompleksi"nin stadionunda baş tutacaq.
14.01.2015
"Neftçi" - "Hajer" (Səudiyyə Ərəbistanı)
17.01.2015
"Neftçi" - "Fulad" (İran)
20.01.2015
"Neftçi" - "Guizhou Rehne" (Çin)
21.12.2015
"Neftçi" - "Volın" (Lutsk, Ukrayna)
23.12.2015
"Neftçi" - "Dinamo" (Moskva, U-23, Rusiya)
Qeyd: Təqvimdəki oyunlardan əlavə daha bir yoxlama görüşü nəzərdə tutulub. (klub saytı)
