26 dekabr 2014 12:55

Tərlan Əhmədov Slaven Biliçlə görüşəcək

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Türkiyədə səfərdədi. Azerisport.az xəbər verir ki, İstanbula səfərin məqsədi PRO kateqoriyası almaq üçün keçirilən kursla bağlıdı.

Kateqoriyanın tələblərinə uyğun olaraq, 43 yaşlı mütəxəssis dekabrın 23-dən 29-na qədər İstanbul nəhənglərindən “Beşiktaş”da təcrübə toplayacaq.

“Qara qartallar”ın bazasında bir həftəlik təlimdə olacaq Əhmədov komandanın məşqlərində iştirak edəcək, “Beşiktaş”ın baş məşqçisi Slaven Biliçlə görüşmək və xorvatiyalı çalışdırıcıyla fikir mübadiləsi aparmaq imkanı olacaq.

Dekabrın 29-dək davam edəcək səfərin əsas məqsədi isə kateqoriya tələblərinə uyğun olaraq, aşağı yaş qruplarında işlərin necə getdiyini, uşaqlarla iş prinsipini öyrənmək, “Beşiktaş”ın akademiyasının strategiyası ilə yaxından tanış olmaqdır. Tərlan Əhmədov həmçinin klubun infrastruktu ilə də tanış olacaq.

Baş məşqçi artıq akademiya ilə tanışlığı başa vurub. Aşağı yaş qruplarından birinin məşqini izlədikdən sonra isə Əhmədov “Beşiktaş”ın Gənclik İnkişaf Proqramının koordinatoru və texniki direktoru Əmrah Bayraktarla görüşüb. Görüşdən sonra xatirə şəkli də çəkilib. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.